Laboratoriya

İnformasİya Texnologİyaları və İdarəetmə Fakültəsİ



sdasd

Vaqif Abdullayev

Vəzifə: Professor

Elmi dərəcə: Riyaziyyat üzrə elmlər doktoru

E-Poçt: vaqif.abdullaev@asoiu.edu.az


131 elmi və tədris-metodiki işin müəllifidir (onlardan 25-i Web of Science Core Collection bazasında, 24-ü isə Scopus bazasında öz əksini tapmışdır).

Təvəllüdü və anadan olduğu yer

18.08.1973, Azərbaycan Respublikası, Lerik rayonu, Şinəband kəndi.

Bitirdiyi ali təhsil müəssisəsi

Bakı Dövlət Universiteti, Tətbiqi riyaziyyat və kibernetika fakültəsi.

Elmi dərəcəsi və elmi adı

Riyaziyyat üzrə elmlər doktoru, professor.

Tədqiqat sahəsi

Ədədi üsullar.

Yüklənmiş diferensial tənliklərə nəzərən sərhəd və optimal idarəetmə məsələləri.

Əks əlaqəli idarəetmə məsələləri.

Riyazi fizikanın tərs məsələləri.

Namizədlik (PhD) dissertasiyasının müdafiə etdiyi il, ixtisas şifri və ixtisasın adı, mövzunun adı

2004, 05.13.18 - Riyazi modelləşdirmə, ədədi üsullar və proqram kompleksləri, Aralıq şərtlərli optimal idarəetmə məsələlərinin ədədi həlli.

Doktorluq dissertasiyasının müdafiə etdiyi il, ixtisas şifri və ixtisasın adı, mövzunun adı

2015, 1203.01 - Kompüter  elmləri, Qeyri-başlanğıc-sərhəd şərtli yüklənmiş sistemlər üçün sərhəd və optimal idarəetmə məsələlərinin ədədi həll üsullarının işlənməsi.

Əmək fəaliyyəti və əsas iş yeri

2016- h/h, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ümumi və tətbiqi riyaziyyat kafedrasının professoru;

2008-2016, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Tətbiqi riyaziyyat kafedrasının dosenti;

2003-2008, AMEA İdarəetmə Sistemləri İnstitutunda elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi;

1997-2003, “Mətbuat” firmasında dizayner-proqramçı, kompüter şöbəsinin müdiri;

1996-1997, Azәrbaycan Respublikası Milli Məclisi yanında Humanitar Tәdqiqatlar vә Proqnozlaşdırma Mәrkәzinin “Empirik tәdqiqatlar” şöbәsindә 1-ci dәrәcәli mәslәһәtçi.

Əvəzçiliklə işlədiyi yer

2008-2018, AMEA İdarəetmə Sistemləri İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi.

Digər fəaliyyəti

- Azərbaycan  Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Riyaziyyat və mexanika elmləri" ixtisasları üzrə ekspert şurasının üzvü və elmi katibi (2016, 2019-h/h);

- AMEA İdarəetmə Sistemləri İnstitutunun nəzdindəki doktorluq dissertasiya şurasının üzvü (2016);

- "Advanced Mathematical Models & Applications" elmi jurnalının redaksiya heyətinin üzvü (2016-h/h).

Mükafatlar, qrantlar, patentlər

1. ADNSU-nun 100 illiyi münasibətilə və təhsilin inkişafında xidmətlərinə, yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.12.2020-ci il tarixli əmri ilə Fəxri Fərmanla təltif edilib.

2. 2005-ci ildə (Project № BBP-06 - layihə rəhbəri) - Azərbaycan Milli Elm Fondu və ABŞ Mülki Tədqiqatların İnkişaf Fondu tərəfindən BƏP çərçivəsində «Yeraltı hidrodinamika proseslərində optimal idarəetmə və identifikasiya məsələlərinin həlli üçün riyazi və proqram təminatının yaradılması» mövzusunda qrant layihəsi.

3. 2006-cı ildə (INTAS Project № 06-1000017-8909 - layihənin məsul icraçısı) - Avropa Birliyinin İNTAS Cənubi-Qafqaz Respublikaları ilə Əməkdaşlıq proqramı çərçivəsində «Paylanmış sistemlərdə tərs və optimallaşdırma məsələlərinin ədədi həlli üçün vahid yanaşmanın və proqram təminatının işlənməsi» mövzusunda qrant layihəsi.

4. 2010-cu ildə (Qrant № EIF-2010-1(1)-40/11-1 - layihə rəhbəri)  - Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən "Mürəkkəb sistemlərin riyazi modelləşdirilməsi, optimallaşdırılması məsələlərinin ədədi həll üsullarının, proqram təminatının işlənməsi və tətbiqi" mövzusunda qrant layihəsi.

Kadr hazırlığı:

-   magistrların sayı                          13

-   fəlsəfə doktorlarının sayı              -

-   elmlər doktorlarının sayı              -

Tədris etdiyi fənlər

Xətti cəbr, Optimallaşdırma üsulları, Əməliyyatların tədqiqi və oyunlar nəzəriyyəsi, Ədədi üsullar-1,2, Optimal idarəetmənin ədədi üsulları.

Tel.:  xidməti (+99412) 498 65 92