Laboratoriya

İnformasİya Texnologİyaları və İdarəetmə Fakültəsİ



sdasd

Araz Əliyev

Vəzifə: Kafedra müdiri, professor

Elmi dərəcə: Riyaziyyat üzrə elmlər doktoru

E-Poçt: alievaraz@asoiu.edu.az


172 elmi və tədris-metodiki işin müəllifidir (onlardan 53-ü Web of Science Core Collection bazasında, 52-si isə Scopus bazasında öz əksini tapmışdır).

Təvəllüdü və anadan olduğu yer                                         

20.02.1973, Bakı şəhəri.

Bitirdiyi ali təhsil müəssisəsi   

Bakı Dövlət Universiteti, Mexanika-riyaziyyat fakultəsi.

Elmi dərəcəsi və elmi adı

Riyaziyyat üzrə elmlər doktoru, professor.

Tədqiqat sahəsi

Operator-differensial tənliklərin həllolunma məsələləri və onlarla bağlı spektral məsələlər.

Maqnit Şredinger operatorunun spektral xassələri.

Yüksək məhsuldarlı hesablamalar (HPC – High Performance Computing).

Namizədlik (PhD) dissertasiyasının müdafiə etdiyi il, ixtisas şifri və ixtisasın adı, mövzunun adı

1998, 01.01.01 - Riyazi analiz, Kəsilən əmsallı operator-diferensial tənliklər üçün sərhəd məsələlərinin korrekt həll olunması haqqında.

Doktorluq dissertasiyasının müdafiə etdiyi il, ixtisas şifri və ixtisasın adı, mövzunun adı

2009, 01.01.01 - Riyazi analiz, Hilbert fəzasında bəzi sinif operator-diferensial tənliklərin həll olunma məsələləri.

Əmək fəaliyyəti və əsas iş yeri

2016- h/h, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri, 0,5 ştat professoru;

1999-2016, Bakı Dövlət Universiteti, Tətbiqi riyaziyyat kafedrasında baş laborant, müəllim, dosent, professor.

Əvəzçiliklə işlədiyi yer

2004- h/h, AMEA Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi.

Digər fəaliyyəti

- Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Riyaziyyat və mexanika elmləri" ixtisasları üzrə ekspert şurasının sədri (2019-2023);

- Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Riyaziyyat və mexanika elmləri" ixtisasları üzrə ekspert şurasının üzvü (2015-2016);

- Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun eksperti;

- AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdindəki doktorluq dissertasiya şurasının üzvü (2013-2014);

- Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ümumuniversitet multidistiplinar elmi seminarının sədri (2017-h/h);

- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Ümumi və tətbiqi riyaziyyat kafedrası nəzdində HPC elmi-tədqiqat mərkəzinin elmi rəhbəri (2018-h/h);

- "Proceedings of the Institute of Mathematics and Mechanics, National Academy of Sciences of Azerbaijan" elmi jurnalının redaksiya heyətinin üzvü (2014-h/h) (Web of Science Core Collection, Scopus);

- Azərbaycan Riyaziyyat Cəmiyyətinin "Azerbaijan Journal of Mathematics" elmi jurnalının redaksiya heyətinin üzvü (2012-2020) və Menecer Editoru (2015-2020) (Web of Science Core Collection, Scopus);

- ABŞ dərc olunan "Mathematics and Statistics" elmi jurnalının redaksiya heyətinin üzvü (2013-2019) (Scopus);

- "Transactions of the Azerbaijan National Academy of Sciences, series of physical-technical and mathematics science, issue mathematics" elmi jurnalının redaksiya heyətinin üzvü (2015-2017) (Scopus);

- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən təsis olunmuş "Azerbaijan Journal of High Performance Computing" elmi jurnalının baş redaktoru (2018-h/h) (Index Copernicus);

- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən təsis olunmuş "Baku Mathematical Journal" elmi jurnalının baş redaktoru (2022-h/h);

- "Transactions of Azerbaijan Institutes of Technology" elmi jurnalının redaksiya heyətinin üzvü (2016-2019);

- "Journal of Contemporary Applied Mathematics" beynəlxalq elmi jurnalının baş redaktoru (2011-2017);

- Amerika Riyaziyyat Cəmiyyətinin üzvü;

- Riyaziyyat üzrə bir sıra nüfuzlu beynəlxalq jurnalların rəyçisi (https://publons.com/researcher/2297342/araz-r-aliev/peer-review/).

Mükafatlar, qrantlar, patentlər

1. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

2. Azərbaycan Respublikası Təhsil nazirinin 08 may 2021-ci il tarixli əmri ilə “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilib.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2011-ci il üçün 1-ci müsabiqəsində EIF-2011-1(3)-82/28/1 qrant elmi-tədqiqat layihəsinin iştirakçısı.

4. 2011/2012-ci tədris ilində Bakı Dövlət Universitetinin universitetdaxili "50+50" qrant proqramının qalibi.

5. Kral Əbdüləziz Universitetinin Elmi araşdırmalar mərkəzinin (DSR, Ciddə, Səudiyyə Ərəbistanı) 2015-ci il üçün qrant elmi-tədqiqat layihəsinin (№ 363-686-D1435) rəhbəri.

6. Kral Əbdüləziz Universitetinin Elmi araşdırmalar mərkəzinin (DSR, Ciddə, Səudiyyə Ərəbistanı) 2016-cı il üçün qrant elmi-tədqiqat layihəsinin (№ G-377-965-1436) rəhbəri.

7. ADNSU-nun 2018-ci il üçün universitetdaxili “Universitet Qrantı” elmi layihəsinin (№ ADNSU-2018-1-01) iştirakçısı.

8. 2020-2022-ci illəri əhatə edən Taif Universitetinin Tədqiqatlarına Dəstək (Taif, Səudiyyə Ərəbistanı) qrant elmi-tədqiqat layihəsinin (№ TURSP-2020/031) rəhbəri.

9. 2019-2023-cü illəri əhatə edən "ERASMUS+ MAGnUS: Mobil tətbiqlərin hazırlanması və oyunların dizaynı üzrə magistr proqramı" - 598342-EPP-1-2018-1-SE-EPPKA2-CBHE-SP/MAGnUS qrant layihəsinin iştirakçısı.

10. 2021-2024-cü illəri əhatə edən və 101021936 saylı Qrant Sazişi çərçivəsində Avropa İttifaqının Horizon 2020 tədqiqat və innovasiya proqramından maliyyəşən "rEsilient and seLf-healed EleCTRical pOwer Nanogrid" - H2020-SU-DS-2020/U-DS04-2018-2020 ELECTRON qrant layihəsinin iştirakçısı.

Kadr hazırlığı:

-   magistrların sayı                          14

-   fəlsəfə doktorlarının sayı              6

-   elmlər doktorlarının sayı              1

Tədris etdiyi fənlər

Riyazi analiz-1, Riyazi analiz-2, Kompleks analiz, Tətbiqi funksional analiz.

Tel.:  xidməti (+99412) 498 65 92