Laboratoriya

İnformasİya Texnologİyaları və İdarəetmə Fakültəsİ



sdasd

Günel Qasımova

Vəzifə: Assistent

Elmi dərəcə: Magistr

E-Poçt: gunel.qasimova@asoiu.edu.az


11 elmi və tədris-metodiki işin müəllifidir (onlardan 1-i Web of Science Core Collection bazasında, 2-si isə Scopus bazasında öz əksini tapmışdır).

Təvəllüdü və anadan olduğu yer

22.05.1987, Bakı şəhəri.

Bitirdiyi ali təhsil müəssisəsi

Bakı Dövlət Universiteti, Mexanika-riyaziyyat fakultəsi;

Birmingem Universiteti, Riyaziyyat məktəbi (Böyük Britaniya).

Elmi dərəcəsi və elmi adı

Magistr (Bakı Dövlət Universiteti, Mexanika-riyaziyyat fakultəsi, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası; Birmingem Universiteti, Riyaziyyat məktəbi (Böyük Britaniya)).

Tədqiqat sahəsi

Operator-differensial tənliklərin həllolunma məsələləri və onlarla bağlı spektral məsələlər.

Riyazi biologiya və bioinformatika.

Əmək fəaliyyəti və əsas iş yeri

2021- h/h, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ümumi və tətbiqi riyaziyyat kafedrasının tam ştat assistenti;

2017-2021, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ümumi və tətbiqi riyaziyyat kafedrasının 0,75 ştat assistenti;

2018-2019, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Hesablama struktur laboratoriyasında elmi işçi;

2017- fevral–iyun, Azərbaycan Dövlət Pedaqoji Universiteti, SABAH qrupları, müəllim;

2012-2015, Bakı Dövlət Universiteti, Funksiyalar nəzəriyyəsi və funksional kafedrasında baş laborant, müəllim.

Mükafatlar, qrantlar, patentlər

1. 2009-cu ildə Bakı Dövlət Universitetində oxuduğu müddətdə yüksək təhsil göstəriciləri və ictimai fəallığı ilə seçildiyinə görə FƏXRİ FƏRMAN ilə təltif olunub.

2. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2013-cü il üçün Gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsində № EİF/GAM-2-2013-2(8) qrant elmi-tədqiqat layihəsinin rəhbəri.

3. IELTS (Beynəlxalq İngilis Dili Test Sistemi) 2015-ci il.

4. 2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xarici ölkələrdə Təhsili üzrə Dövlət Proqramının 2015-ci il üçün təqaüdünün qalibi.

5. İsrail Kiber Təhsil Bölməsi tərəfindən "Təhsildə İnnovasiya Həllləri" mövzusunda 2017-ci il üçün kursda iştirakı ilə bağlı sertifikat.

6. ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən Beynəlxalq Təhsil Həftəsi 2017, "Potensialın Gücləndirilməsi Seminarları"nda iştirakı ilə bağlı Peşəkar İnkişaf Sertifikatı.

7. 2019-cu ildə "Təhsil idarəçiliyinin üç komponenti" seminarında iştirakı ilə bağlı sertifikat (ADA Universiteti).

Tədris etdiyi fənlər

Xətti cəbr və analitik həndəsə, Riyazi analiz-1, Riyazi analiz-2, Diferensial tənliklər, Ehtimal nəzəriyyəsi və riyazi statistika, Diskret riyaziyyat, Riyaziyyat-1, Riyaziyyat-2, Tətbiqi riyaziyyat, Mühəndis riyaziyyatı.

Tel.:  xidməti  (+99412) 498 65 92