Laboratoriya

İnformasİya Texnologİyaları və İdarəetmə Fakültəsİ



sdasd

Elviz İsmayilov

Vəzifə: Assistent

Elmi dərəcə: Magistr

E-Poçt: elviz.ismailov@asoiu.edu.az


26 elmi və tədris-metodiki işin müəllifidir (onlardan 2-si Web of Science Core Collection bazasında və 3-ü Scopus bazasında öz əksini tapmışdır).

Təvəllüdü və anadan olduğu yer

27.03.1983, Ermənistan Respublikası, Qızıl şəfəq kəndi.

Bitirdiyi ali təhsil müəssisəsi   

Azərbaycan Dövlət Neft Akademiyası (indiki ADNSU).

Elmi dərəcəsi və elmi adı    

Magistr (Azərbaycan Dövlət Neft Akademiyası, Tətbiqi riyaziyyat kafedrası).

Tədqiqat sahəsi

Süni intelekt.

Obyektlərin tanınması məsələləri.

Yüksək məhsuldarlı hesablamalar (HPC – High Performance Computing).

Əmək fəaliyyəti və əsas iş yeri

2019- h/h, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ümumi və tətbiqi riyaziyyat kafedrası, HPC mərkəzinin elmi media və dizayn işlər üzrə icraçısı;

2018-2019, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ümumi və tətbiqi riyaziyyat kafedrasının assistenti;

2016-2018, Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasında baş müəllim.

Əvəzçiliklə işlədiyi yer

2019- h/h, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ümumi və tətbiqi riyaziyyat kafedrasının 0,5 ştat assistenti;

2018-2019, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ümumi və tətbiqi riyaziyyat kafedrası, HPC mərkəzinin elmi media və dizayn işlər üzrə 0,5 ştat icraçısı.

Digər fəaliyyəti

- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tələbə Elmi Cəmiyyətləri Şurasının sədri (2019-h/h);

- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Eazii-START startap mərkəzinin koordinatoru (2019-h/h);

- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən təsis olunmuş "Azerbaijan Journal of High Performance Computing" elmi jurnalında texniki redaktor (2018-h/h) (Index Copernicus).

Mükafatlar, qrantlar, patentlər

1. ADNSU-nun 100 illiyi münasibətilə və təhsilin inkişafında xidmətlərinə, yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.12.2020-ci il tarixli əmri ilə Fəxri Fərmanla təltif edilib.

2. 2010-cu ildə (Qrant № EIF-2010-1(1)-40/13-1 layihə iştirakçısı) - Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycan dilində çap və əlyazma mətnlərinin tanınması və səsləndirilməsi üçün proqram-aparat kompleksi” mövzusunda qrant layihəsi.

3. "ERASMUS+ MAGnUS: Mobil tətbiqlərin hazırlanması və oyunların dizaynı üzrə magistr proqramı" - 598342-EPP-1-2018-1-SE-EPPKA2-CBHE-SP/MAGnUS qrant layihəsinin iştirakçısı.

Tədris etdiyi fənlər

Web texnologiyaları, Alqoritmlər nəzəriyyəsi, Proqramlaşdırmanın əsasları, Kompüter şəbəkələri.

Tel.:  xidməti  (+99412) 498 65 92