Laboratoriya

İnformasİya Texnologİyaları və İdarəetmə Fakültəsİ



sdasd

Nigar İsmayılova

Vəzifə: Baş müəllim

Elmi dərəcə: Texnika üzrə fəlsəfə doktoru

E-Poçt: nigar.ismailova@asoiu.edu.az


25 elmi və tədris-metodiki işin müəllifidir (onlardan 6-sı Web of Science Core Collection bazasında, 8-i isə Scopus bazasında öz əksini tapmışdır).

Təvəllüdü və anadan olduğu yer

31.03.1986, Bakı şəhəri.

Bitirdiyi ali təhsil müəssisəsi

Azərbaycan Dövlət Neft Akademiyası (indiki ADNSU).

Elmi dərəcəsi və elmi adı

Texnika üzrə fəlsəfə doktoru.

Tədqiqat sahəsi

Yüksək məhsuldarlı hesablamalar (HPC – High Performance Computing).

Heksamiqyaslı hesablama sistemlərində yüklərin paylanması.

Qeyri-səlis neyron şəbəkələr.

Namizədlik (PhD) dissertasiyasının müdafiə etdiyi il, ixtisas şifri və ixtisasın adı, mövzunun adı

2014, 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi, Qeyri-səlis çoxluqlar üçün bir sinif hamar mənsubiyyət funksiyalarının tədqiqi və tanıma sistemlərində tətbiqi.

Əmək fəaliyyəti və əsas iş yeri

2017– h/h, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ümumi və tətbiqi riyaziyyat kafedrasının baş müəllimi;

2012-2017, AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri;

2010-2012, Azərbaycan Dövlət Neft Akademiyası, Tətbiqi riyaziyyat kafedrasının assistenti.

Əvəzçiliklə işlədiyi yer

2018- h/h, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ümumi və tətbiqi riyaziyyat kafedrası, HPC mərkəzinin elmi-təşkilati işlər üzrə 0,5 ştat icraçısı.

Digər fəaliyyəti

- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən təsis olunmuş "Azerbaijan Journal of High Performance Computing" elmi jurnalının Menecer Editoru (2018-h/h).

Mükafatlar, qrantlar, patentlər

1. "İnsan-kompüter obyekt yönümlü dialoqunu təmin edən Azərbaycan nitqini və mətnini tanıma və anlama intellektual sisteminin işlənməsi" - EİF-2010-1(1)-40(12) qrant layihəsinin iştirkakçısı.

2. "Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi" - EİF-2014-9(24)-KETPL-14/02/1-M-09 qrant layihəsinin iştirakçısı.

3. "ERASMUS+ MAGnUS: Mobil tətbiqlərin hazırlanması və oyunların dizaynı üzrə magistr proqramı" - 598342-EPP-1-2018-1-SE-EPPKA2-CBHE-SP/MAGnUS qrant layihəsinin iştirakçısı.

Tədris etdiyi fənlər

Ehtimal nəzəriyyəsi və riyazi statistika, Süni intellekt, Qeyri-səlis çoxluqlar nəzəriyyəsi, Texniki ingilis dili.

Tel.:  xidməti  (+99412) 498 65 92