Həsən Nağıyev
Vəzifə: Dosent
Elmi dərəcə: Texnika üzrə fəlsəfə doktoru
E-Poçt: hasan.nagiev@asoiu.edu.az
59 elmi və tədris-metodiki işin müəllifidir (onlardan 10-u Web of Science Core Collection bazasında, 8-i isə Scopus bazasında öz əksini tapmışdır).
Təvəllüdü və anadan olduğu yer
02.08.1977, Bakı şəhəri.
Bitirdiyi ali təhsil müəssisəsi
Bakı Dövlət Universiteti, Tətbiqi riyaziyyat və kibernetika fakultəsi;
Sumqayıt Dövlət Universiteti, Avtomatika və idarəetmə fakultəsi.
Elmi dərəcəsi və elmi adı
Texnika üzrə fəlsəfə doktoru, dosent.
Tədqiqat sahəsi
Riyazi modelləşdirmə və idarəetmə.
Kinetk asılılıqlar əsasında dinamik modellərin qurulması, toplanmış və paylanmış parametrli sistemlər.
Qeyri-xətti dinamika və kompüter simulyasiyası ilə keyfiyyət təhlili, çoxsaylı stasionar vəziyyətlərə malik sistemlərin faza dəyişənlərinin geniş oblastında idarə edilməsi.
Namizədlik (PhD) dissertasiyasının müdafiə etdiyi il, ixtisas şifri və ixtisasın adı, mövzunun adı
2014, 1203.01 - Kompüter elmləri, Üç ölçülü qeyri-xətti dinamiki sistemlərin ədədi üsullarla keyfiyyət təhlili və idarə etmə proseslərinin vizuallaşdırılması (neftin krekinqi prosesi nümunəsində).
Əmək fəaliyyəti və əsas iş yeri
2016- h/h, AMEA Riyaziyyat və Mexanika İnstitutu, Hesablama riyaziyyatı və informatika şöbəsinin müdiri;
2007-2016, AMEA Riyaziyyat və Mexanika İnstitutu, Hesablama riyaziyyatı və informatika şöbəsində proqramlaşdırıcı mühəndis, elmi işçi.
Əvəzçiliklə işlədiyi yer
2018- h/h, Azərbaycan Dövlət Neft və SənayeUniversiteti, Ümumi və tətbiqi riyaziyyat kafedrasının 0,5 ştat dosenti.
Tədris etdiyi fənlər
Müasir proqramlaşdırma dilləri, Kompüterin arxitekturası, Əməliyyat sistemləri, İnformasiya idarəetmə sistemlərinin layihələndirilməsi.
Tel.: xidməti (+99412) 498 65 92