Laboratoriya

İnformasİya Texnologİyaları və İdarəetmə Fakültəsİ



sdasd

Cavanşir Həsənov

Vəzifə: Professor

Elmi dərəcə: Riyaziyyat elmləri doktoru

E-Poçt: cavanshir.hasanov@asoiu.edu.az


63 elmi və tədris-metodiki işin müəllifidir (onlardan 19-u Web of Science Core Collection bazasında, 23-ü isə Scopus bazasında öz əksini tapmışdır).

Təvəllüdü və anadan olduğu yer

08.11.1973, Cəlilabad rayonu.

Bitirdiyi ali təhsil müəssisəsi

Bakı Dövlət Universiteti, Mexanika-riyaziyyat fakultəsi.

Elmi dərəcəsi və elmi adı

Riyaziyyat elmləri doktoru, dosent.

Tədqiqat sahəsi

Harmonik analizin inteqral operatorları.

Funksional fəzalar.

Namizədlik (PhD) dissertasiyasının müdafiə etdiyi il, ixtisas şifri və ixtisasın adı, mövzunun adı

1998, 01.01.01 - Riyazi analiz, Anizotrop B-Riss potensialı və onun tətbiqləri.

Doktorluq dissertasiyasının müdafiə etdiyi il, ixtisas şifri və ixtisasın adı, mövzunun adı

2018, 1202.01 - Analiz və funksional analiz, Çoxölçülü harmonik analizin və B-harmonik analizin inteqral  operatorlarının ümumiləşmiş Morri fəzalarında məhdudluğu və onların bəzi tətbiqləri.

Əmək fəaliyyəti və əsas iş yeri

2019- h/h, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ümumi və tətbiqi riyaziyyat kafedrasının professoru;

2016-2019, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ümumi və tətbiqi riyaziyyat kafedrasının dosenti;

2000-2016, AMEA Riyaziyyat və Mexanika İnstitutunun, Riyazi analiz şöbəsində böyük elmi işçi, aparıcı elmi işçi.

Əvəzçiliklə işlədiyi yer

2014-2015, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyazi analiz kafedrasında 0,5 ştat dosent.

Digər fəaliyyəti

- AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdindəki doktorluq dissertasiya şurasının elmi seminarının üzvü (2015-2017);

- "Journal of Contemporary Applied Mathematics" jurnalının redaksiya heyətinin üzvü (2019-h/h).

Mükafatlar, qrantlar, patentlər

1. Azərbaycan-Amerika ikitərəfli Qrant Proqramı iştirakçısı (2003-2004).

2. Azərbaycan-Amerika ikitərəfli Qrant Proqramı iştirakçısı (2007-2008).

3. İNTAS-ın keçirdiyi gənc alimlərə dəstək proqramında (INTAS Proposal for Young Scientist Fellowship) rəhbər (2007-2008).

4. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2010-cu il üçün 1-ci müsabiqəsində EIF-2010-1(1) qrant elmi-tədqiqat layihəsinin iştirakçısı.

5. AMEA-nın Elmi-Tədqiqat Proqramlarının müsabiqəsinin qrant layihəsinin iştirakçısı (2015-2017).

Tədris etdiyi fənlər

Xətti cəbr və analitik həndəsə, Riyazi analiz-1, Riyazi analiz-2, Diferensial tənliklər, Ehtimal nəzəriyyəsi və riyazi statistika, Riyaziyyat-1, Riyaziyyat-2, Tətbiqi riyaziyyat, Mühəndis riyaziyyatı.

Tel.:  xidməti  (+99412) 498 65 92