İlhamə Səbzəliyeva
Vəzifə: Dosent
Elmi dərəcə: Fizika-riyaziyyat elmləri namizədi
E-Poçt: ilhama.sabzalieva@asoiu.edu.az
52 elmi və tədris-metodiki işin müəllifidir (onlardan 5-i Web of Science Core Collection bazasında, 2-si isə Scopus bazasında öz əksini tapmışdır).
Təvəllüdü və anadan olduğu yer
10.05.1973, Ağsu rayonu.
Bitirdiyi ali təhsil müəssisəsi
Azərbaycan Dövlət Neft Akademiyası (indiki ADNSU), Tətbiqi riyaziyyat ixtisası.
Elmi dərəcəsi və elmi adı
Fizika-riyaziyyat elmləri namizədi, dosent.
Tədqiqat sahəsi
Sinqulyar həyəcanlanmış diferensial tənliklər.
Namizədlik (PhD) dissertasiyasının müdafiə etdiyi il, ixtisas şifri və ixtisasın adı, mövzunun adı
2008, 01.01.02 - Diferensial tənliklər, Yüksəktərtibli törəmələrinin qarşısında kiçik parametr olan xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsinin bəzi məsələləri.
Əmək fəaliyyəti və əsas iş yeri
2016- h/h, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ümumi və tətbiqi riyaziyyat kafedrasının dosenti;
1998-2016, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ali riyaziyyat kafedrasında baş laborant, assistent, dosent;
1998, Azərbaycan Dövlət Neft Akademiyası, Avtomatlaşdırılmış İdarəetmə Sistemləri kafedrasında assistent;
1995-1998, Bakı Asiya Universiteti, Ali riyaziyyat kafedrasında metodist.
Tədris etdiyi fənlər
Xətti cəbr və analitik həndəsə, Riyazi analiz-1, Riyazi analiz-2, Diferensial tənliklər, Ehtimal nəzəriyyəsi və riyazi statistika, Riyaziyyat-1, Riyaziyyat-2, Tətbiqi riyaziyyat, Mühəndis riyaziyyatı.
Tel.: xidməti (+99412) 498 65 92