Laboratoriya

İnformasİya Texnologİyaları və İdarəetmə Fakültəsİ



sdasd

Ruqiyyə Əzizova

Vəzifə: Dosent

Elmi dərəcə: Fizika-riyaziyyat elmləri namizədi

E-Poçt: ruqiyya.azizova@asoiu.edu.az


24 elmi və tədris-metodiki işin müəllifidir (onlardan 1-i Web of Science Core Collection və Scopus bazalarında öz əksini tapmışdır).

Təvəllüdü və anadan olduğu yer

09.10.1973, Bakı şəhəri.

Bitirdiyi ali təhsil müəssisəsi

Bakı Dövlət Universiteti, Mexanika-riyaziyyat fakultəsi.

Elmi dərəcəsi və elmi adı

Fizika-riyaziyyat elmləri namizədi, dosent.

Tədqiqat sahəsi

Yaxınlaşma nəzəriyyəsi.

Namizədlik (PhD) dissertasiyasının müdafiə etdiyi il, ixtisas şifri və ixtisasın adı, mövzunun adı

2001, 01.01.01 - Riyazi analiz, Çoxqat Furye sıraları və inteqrallarının yığılması və cəmlənməsinin bəzi məsələləri.

Əmək fəaliyyəti və əsas iş yeri

2016- h/h, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ümumi və tətbiqi riyaziyyat kafedrasının dosenti;

2000-2015, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ali riyaziyyat kafedrasında assistent, dosent;

1996-1999, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ali riyaziyyat kafedrasının əyani aspirantı;

1995-1996, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ali riyaziyyat kafedrasının baş laborantı.

Mükafatlar, qrantlar, patentlər

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi (EİF-BGM-4-RFTF-1/2017) üzrə "Operatorlar nəzəriyyəsində funksiyalar nəzəriyyəsi metodları" layihəsinin iştirakçısı (2018-2019).

Tədris etdiyi fənlər

Xətti cəbr və analitik həndəsə, Riyazi analiz-1, Riyazi analiz-2, Diferensial tənliklər, Ehtimal nəzəriyyəsi və riyazi statistika, Riyaziyyat-1, Riyaziyyat-2, Tətbiqi riyaziyyat, Mühəndis riyaziyyatı.

Tel.:  xidməti  (+99412) 498 65 92