Vaqif Kərimov
Vəzifə: Dosent
Elmi dərəcə: Texnika elmləri namizədi
E-Poçt: vaqif.kerimov@asoiu.edu.az
61 elmi və tədris-metodiki işin müəllifidir.
Təvəllüdü və anadan olduğu yer
01.08.1956, Qazax rayonu, Qıraq Kəsəmən kəndi.
Bitirdiyi ali təhsil müəssisəsi
Azərbaycan Dövlət Universiteti (indiki BDU), Tətbiqi riyaziyyat və kibernetika fakultəsi.
Elmi dərəcəsi və elmi adı
Texnika elmləri namizədi, dosent.
Tədqiqat sahəsi
Stoxastik şəbəkələrdə alternativ planların axtarışı və nizamlanması alqoritmlərinin qurulması və mürəkkəbliyinin tətqiqi.
Matris oyunlu məsələlərin həlli üçün qərarqəbuletmə üsulları.
Namizədlik (PhD) dissertasiyasının müdafiə etdiyi il, ixtisas şifri və ixtisasın adı, mövzunun adı
1997, 3324.07 - Məsafədən aerokosmik tədqiqatlar, Aerokosmik eksperimentlərin optimallaşdırılması və proqnozlaşdırılması üçün alternativ planların axtarışı və nizamlanması alqoritmləri.
Əmək fəaliyyəti və əsas iş yeri
2016- h/h, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ümumi və tətbiqi riyaziyyat kafedrasının dosenti;
2008-2016, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Tətbiqi riyaziyyat kafedrasının dosenti;
1994-2008, Azərbaycan Milli Aerokosmik Agentliyində aparıcı elmi işci;
1991-2007, Bakı şəhəri 182 nömrəli məktəbdə riyaziyyat müəllimi;
1985-1991, Azərbaycan Milli Aerokosmik Agentliyində mühəndis proqramçı;
1983-1985, Azərbaycan Mərkəzi Statistika İdarəsində böyük mühəndis proqramçı;
1980-1983, Zaqafqaziya Layihə-Montaj İşləri İdarəsinin göndərişi ilə Moskva şəhərində mühəndis proqramçı;
1977-1980, AMEA Kibernetika Institutunda laborant.
Tədris etdiyi fənlər
Alqoritmlər nəzəriyyəsi, Alqoritmlərin qurulması və analizi, Qərarqəbuletmə üsulları, Ekonometrika, Paylanmış hesablama sistemləri, İnformasiyanın qorunması üsulları, Kriptoqrafiya, Ekologiya və ətraf mühitin mühafizəsi problemlərinin riyazi modelləri.
Kadr hazırlığı:
- magistrların sayı 10
- fəlsəfə doktorlarının sayı -
- elmlər doktorlarının sayı -
Tel.: xidməti (+99412) 498 65 92