Laboratoriya

İnformasİya Texnologİyaları və İdarəetmə Fakültəsİ



sdasd

Sərdar Qasımov

Vəzifə: Dosent

Elmi dərəcə: Fizika-riyaziyyat elmləri namizədi

E-Poçt: sardarkasumov1955@mail.ru


63 elmi və tədris-metodiki işin müəllifidir (onlardan 2-si Web of Science Core Collection bazasında, digər 1-i isə Scopus bazasında öz əksini tapmışdır).

Təvəllüdü və anadan olduğu yer

22.01.1955, Gürcüstan Respublikası, Bolnisi rayonu, Faxralı kəndi.

Bitirdiyi ali təhsil müəssisəsi

Azərbaycan Dövlət Universiteti (indiki BDU), Mexanika-riyaziyyat fakultəsi.

Elmi dərəcəsi və elmi adı

Fizika-riyaziyyat elmləri namizədi, dosent.

Tədqiqat sahəsi

Ədədi üsullar.

Riyazi modelləşdirmə.

Fərq sxemləri nəzəriyyəsi.

Süzülmə nəzəriyyəsi.

Namizədlik (PhD) dissertasiyasının müdafiə etdiyi il, ixtisas şifri və ixtisasın adı, mövzunun adı

1992, 01.01.07 – Hesablama riyaziyyatı, Qeyri-stasionar çoxfazalı qeyri-xətti süzülmə proseslərinin ədədi modelləşdirilməsi.

Əmək fəaliyyəti və əsas iş yeri

2016- h/h, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ümumi və tətbiqi riyaziyyat kafedrasının dosenti;

1996-2016, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Tətbiqi riyaziyyat kafedrasının dosenti;

1978-1996, AMEA Kibernetika İnstitutunda böyük laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi.

Əvəzçiliklə işlədiyi yer

1996-2006, AMEA Kibernetika İnstitutunda 0,5 ştat böyük elmi işçi;

1992-1997, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 0,5 ştat dosent;

1986-1996, Azərbaycan Dövlət Neft Akademiyası (indiki ADNSU), Tətbiqi riyaziyyat kafedrasında 0,5 stat assistent.

Kadr hazırlığı:

-   magistrların sayı                             1

-   fəlsəfə doktorlarının sayı                  -

-   elmlər doktorlarının sayı                  -

Tədris etdiyi fənlər

Ədədi üsullar, Ehtimal nəzəriyyəsi və riyazi statistika, Tətbiqi riyazi statistika, Informatika.

Tel.:  xidməti  (+99412) 498 65 92