İxtisas haqqında
Bugünkü həyatı kompütersiz təsəvvür etmək çox çətindir. Kompüter texnologiyalarının inkişaf tempi heyrətamizdir. Informatikanın əksər sahələrini özündə cəmləşdirməkdə Kompüter elmləri artıq elmi və tədris fənni kimi formalaşmış və sərbəst bir elmi istiqamətə çevrilmişdir. Kompüter elmləri üzrə mütəxəssislər geniş diapazonda vəzifələrdən birini tutmaqla nəzəri işlərdən başlayaraq proqram təminatının işlənməsinə qədər məsələlər üzərində çalışa bilərlər.
XX-ci əsrin ortalarında meydana gələn kompüter texnologiyaları insan fəaliyyətinin müxtəlif istiqamətlərinə böyük təsir göstərməklə elmin, texnikanın, biznesin və s. sahələrini sürətlə inkişaf etmişdir. Bu texnologiyalara gələcəkdə əmək bazarında böyük tələbat olmaqla, informatika sahəsində çalışanlar gələcəyin formalaşdırılmasında aparıcı rol oynayırlar.
Müasir kompüterləri və informasiya sistemlərini yaratmaq və istifadə etmək üçün təcrübəli və dərin biliyə malik mütəxəssislər tələb olunur. “Kompüter elmləri” ixtisası üzrə tədris proqramları elə qurulub ki, məzun gələcək ixtisasını tam sərbəst seçməklə fundamental biliyə yiyələnmiş olsun. İxtisaslaşma geniş əhatə dairəsində malik olmaqla yanaşı öz tərkibinə böyük həcmdə elmləri daxil edir və informasiya texnologiyalarının, proqram təminatının, intellektual sistemlərin və İnternet əlavələrinin yaradılması problemlərinin həlli və həlli yollarına yönəldilmişdir.
Tədris qrafiki
№ | Fənlərin adı | kreditin sayı | № | Fənlərin adı | kreditin sayı |
I semestr | Vsemestr | ||||
1 | Xarici dil-1 | 5 | 24 | Fəlsəfə | 4 |
2 | Azərbaycan dili və nitq mədəniyyəti | 5 | 25 | Ədədi üsullar-2 | 6 |
3 | Riyazi analiz-1 | 4 | 26 | Kompüter şəbəkələri | 6 |
4 | İnformatika | 7 | 27 | Əməliyyatlar tədqiqi və oyunlar nəzəriyyəsi | 5 |
5 | Cəbr | 4 | 28 | Modelləşdirmənin riyazi üsulları | 5 |
6 | Fizika | 5 | 29 | Süni intellekt və ekspert sistemləri | 4 |
II semestr | VI semestr | ||||
7 | Azərbaycan tarixi | 6 | 30 | Optimallaşdırma üsulları | 6 |
8 | Xarici dil-2 | 8 | 31 | İnformasiya sistemləri və verilənlər bazası | 5 |
9 | Riyazi analiz-2 | 7 | 32 | Translyasiya üsulları | 5 |
10 | Analitik həndəsə | 4 | 33 | Web texnologiya | 5 |
11 | Kompüter arxitekturası və əməliyyat sistemləri | 5 | 34 | Mülki müdafiə | 3 |
III semestr | 35 | Lay sistemlərinin kompüter modelləri | 3 | ||
12 | Riyazi analiz-3 | 4 | 36 | Riyazi fizika tənliklərinin üsulları | 3 |
13 | Diskret riyaziyyat və riyazi məntiq-1 | 4 | VII semestr | ||
14 | Diferensial tənliklər | 8 | 37 | Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları | 2 |
15 | Alqoritmik dillər | 8 | 38 | Paralel paylanan hesablamalar | 6 |
16 | Alqoritmlər nəzəriyyəsi | 4 | 39 | İnformasiyanın qorunması üsulları və proqramlaşdırmanın texnologiyaları | 8 |
17 | Qraflar nəzəriyyəsi | 2 | 40 | İnformasiya idarəetmə sistemlərinin layihələndirilməsi | 4 |
IV semestr | 41 | Qərar qəbuletmənin üsulları və alqoritmləri | 4 | ||
18 | Diskret riyaziyyat və riyazi məntiq-2 | 4 | 42 | Optimal idarəetmənin əlavə fəsilləri | 4 |
19 | Alqoritmlərin analizi və hazırlanması üsulları | 7 | 43 | Texniki xarici dil | 2 |
20 | Ehtimal nəzəriyyəsi və riyazi statistika | 5 | VIII semestr | ||
21 | Müasir proqramlaşdırma dilləri | 8 | 44 | Təcrübə | 21 |
22 | Ədədi üsullar-1 | 4 | 45 | Yekun dövlət attestasiyası | 9 |
23 | Qeyri-səlis çoxluqlar nəzəriyyəsi | 2 |