Bu kafedra “İnformasiya-ölçmə və kömpüter texnikası” və “Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə edilməsi” kafedralarının birləşdirilməsi nəticəsində təşkil olunub. Kafedranın nəzdində yeni laboratoriya kompleksi yaradılıb. Tələbələrin, doktorant və dissertantların sərbəst tədqiqat aparmaları və nəticələrinin fiziki maket şəklində təqdim etmələri üçün kafedranın nəzdində “Tələbə konstruktor bürosu” və “Elmi tədqiqat və layihə mərkəzi” fəaliyyət göstərir.
Kafedra müdiri, dosent, t.e.d. L.R.Bəkirova
Kafedrada 1 professor, 11 dosent, 2 baş müəllim, 8 assistent, 12 nəfər tədris köməkçi heyət və 10 nəfər tələbə konstruktor bürosu əməkdaşları tədris prosesi ilə məşğuldur.