Laboratoriya

İnformasİya Texnologİyaları və İdarəetmə Fakültəsİ

Kompüter mühəndisliyi

 Bu kafedra “Avtomatlaşdırılmış idarəetmə sistemləri” və “Kompüter texnologiyaları və proqramlaşdırma” kafedralarının birləşdirilməsi nəticəsində təşkil olunub. 2016-ci ilin may ayında “Kompüter elmləri və mühəndisliyi” kafedrasının adı dəyişdirilərək “Kompüter mühəndisliyi” adlandırılmışdır.

2016-ci ilin aprel ayından oktyabr ayına qədər kafedranın dosenti Zeynalova Lalə Mehdi qızı kafedra müdiri vəzifəsində çalışmışdır. 2017-ci ilin martından 2018-ci ilin sentyabr ayına qədər “İdarəetmə və sistem mühəndisliyi”-nin dosenti Allahverdiyev Ramiz Nəsib oğlu “Kompüter mühəndisliyi” kafedrasına kafedra müdiri vəzifəsində çalışmışdır. 2018-cu ilin yanvar ayından kaferanın dosenti Rəhimova Nazilə Əli qızı “Kompüter mühəndisliyi” kafedrasına müdir seçilmiş və bu günə qədər rəhbərlik edir. Kafedra tədrisi “Rabitə və Yüksək Texnologiyalar” nazirliyinin müəssisələri ilə sıx əlaqədə aparır.

Kafedra müdiri, dosent N.Ə.Rəhimova

Kafedrada 2 professor, 16 dosent, 1 baş müəllim, 16 assistent və 12 nəfər tədris köməkçi heyət tədris prosesi ilə məşğuldur. 

Kafedra aşağıda adı qeyd edilmiş ixtisaslar üzrə azərbaycan, rus və ingilis dillərində bakalavr hazırlığı aparır.

  • İnformasiya təhlükəsizliyi ( azərbaycan və ingilis dillərində)
  • İnformasiya texnologiyalari (hər üç dildə)
  • Kompüter mühəndisliyi (hər üç dildə)
  • Mexatronika və robototexnika mühəndisliyi (azərbaycan dilində)

 

Bununla bele, kafedra aşağıda qeyd edilmiş ixtisaslar üzrə magistr təhsili verir.

  • Mexatronika və robototexnika mühəndisliyi (azərbaycan və rus dillərində)
  • Kompüter mühəndisliyi (hər üç dildə) 
  • İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi (azərbaycan və ingilis dillərində

Kafedra Microsoft və CISCO Network Akademiyasının nümayəndəlikləri ilə də sıx əməkdaşlıq edir. 

2020 ci ilin avqust-sentyabr aylarında  “Cisco Şəbəkə Akademiyası” İT Essentials kursları üzrə “Kompüter mühəndisliyi” kafedrasının 5 müəllimi (dos. Hacıyev Yaşar Mirzəhüseyin oğlu, ass. Məmmədov Kənan Hafiz oğlu, ass. Kişiyeva Nübar Şaban qızı, ass. Nifdalızadə Fəxri Fariz oğlu, ass. Əhmədova Əsmət Etibar qızı) ilə təlim keçmiş və nəticə olaraq sertifikatlarla mükafatlandırılmışlar.

Bununla bele, gələcəkdə həm müəllim, həm də tələbələrin öz bilik səviyyələrini artırmaq, onların mütəxəssis kimi yetişdirilməsində digər təlim kurslarının da mənimsənilməsi nəzərdə tutulmuşdur:

  • Get connected
  • CyberSecurity
  • Introduction to IoT

Kompüter mühəndisliyi kafedrasının Microsoft ilə əməkdaşlığı ilə  "Software Development Fundamentals" kursu həyata keçirilmişdir. Kursu müvəffəqiyyətlə başa vuran kafedranın 9 assintenti ( Səttarova  Gülşən, Səfərov Tural, Qaffarova Zeynəb, Nifdalızadə Fəxri, Həsənzadə Məlihə, Kişiyeva Nübar, Həsənova Əfsanə, Əhmədova Əsmət, Məhərrəmova Mahirə) və 2 laborantı (İsmayılova Aytac, Əhmədova Tünzalə) nəticə olaraq sertifikatlarla mükafatlandırılmışlar. Habelə bu kursda təhsil almış 3 magist tələbəsi də eynilə sertfikatlarla mükafatlandırılmışlardır.