Laboratoriya

İnformasİya Texnologİyaları və İdarəetmə Fakültəsİ

Elektronika və avtomatika

 

Bu kafedra “İstehsal proseslərinin avtomatlaşdırılması” və “Avtomatika, telemexanika və elektronika” kafedralarının  bazasında yaradılıb. Kafedrada “İnformasiya texnologiyaları”, “Elektron qurguları”, “Sensor sistemləri və kontrollerli idarəetmə” kimi tədris laboratoriyaları fəaliyyət göstərir. Bundan başqa ATE NAU LTD-nin yardımı ilə ABŞ-ın “Crestron” Şirkətinin “Bina avtomatlaşdırılması” laboratoriyası yaradılmışdır.

Kafedra müdiri v.m.i.e, dosent  A.V.Əlizadə

Kafedrada 4 professor, 1 əməkdar professor, 12 dosent, 1 baş müəllim, 7 assistent və 7 nəfər tədris köməkçi heyət tədris prosesi ilə məşğuldur.