Laboratoriya

"Cihazqayırma mühəndisliyi"

 

Tələbələr istehsalat və gündəlik təcrübələri azərbaycan Milli Aerokosmik Agentliyinin Təbii Ehtiyatların Kosmik tədqiqi İnstitutu, SOCAR,Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Elmi tədqiqatı İnstitutu, RZ-İNTER, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə müəssisələrində keçirlər.

İstehsalatda, elmi-tətqiqatda, müxtəlif sənaye və xidmət sahələrində istifadə olunan müasir cihazlar və avadanlıqların istismarı üçün “Cihazqayırma mühəndisliyi” ixtisasına yiyələnmiş mütəxəssislərə böyük təlabat var.

Tələbələrin işə düzəlmə əmsalı çox yüksəkdir.Bu proqramı mənimsəyən bakalavrlar istehsalatda və elmi tədqiqat müəssisələrində elektron cihazların və qurğuların, informasiya-ölçmə sistemləri və komplekslərinin tədqiq edilməsi, lahiyələndirilməsi, yaradılma texnologiyası və istismarı ilə məşqul olurlar. Müasir cihazqayırma mühəndisləri ölçmə vasitələrinin istehsalında nanotexnologiyalarından aktiv istifadə imkanlarını mənimsəyirlər.

Məzunlar ölçmə informasiya texnologiyaları haqqında lazımi biliklərə yiyələnməklə  tibbi, aviasiya, kosmik, neft-qaz və digər sənaye obyektlərində,ətraf mühitin peyk monitprinq sistemlərində, ekoloji və meteoroloji sistemlərdə, tibbi və hidroakustik informasiya-ölçmə sistemlərində, obyektləri mühafizə və digər sistemlərdə kompleks sınaqların aparılması və s. sahələr üçün ixtisaslaşa bilərlər. Onlar həmçinin dövlət və biznes sahələrində müxtəlif informasiya sistemlərinin istifadə olunduğu şöbələrdə iş imkanları tapa bilərlər.

İxtisas akkreditasiya olunmayıb.

İxtisas: 050624- "Cihazqayırma mühəndisliyi"

Kurslar üzrə tədris qrafiki

Fənlərin adı kreditin sayı
I semestr
1 Azərbaycan tarixi 6
2 Xarici dil-1 6
3 Riyaziyyat-1 4
4 Kimya 5
5 İnformatika 5
6 Tərsimi həndəsə və mühəndis qrafikası-1 4
II semestr
7 Xarici dil-2 7
8 Azərbaycan dili və nitq mədəniyyəti 5
9 Multikulturalizmə giriş  2
10 Riyaziyyat-2 4
11 Fizika 7
12 Tərsimi həndəsə və mühəndis qrafikası-2 5
IIIsemestr
13 Fəlsəfə 4
14 Riyaziyyat-3 5
15 Tətbiqi mexanika-1 5
16 Elektrotexnika 5
17 Konstruksiya materiallarının texnologiyaları 5
18 Metrologiya,standartlaşdırma və sertifikasiya 6
IV semestr
19 Tətbiqi mexanika-2 5
20 Elektronikanın əsasları 4
21 Materialşünaslıq 6
22 Cihazqayırmada avtomatik idarəetmənin əsasları 7
23 Cihazqayırma texnologiyasının əsasları-1 5
24 Mülki müdafiə 3
V semestr
25 Mikroprosessor texnikasının əsasları 6
26 Cihazqayırmada kompüter texnologiyaları 6
27 Cihazqayırma texnologiyasının əsasları-2 4
28 İnformasiyanın alınmasının fiziki əsasları 6
29 Ölçmə qurğularının sxemotexnikası 4
30 Yanacaq-enerji komplekslərində nəzarət və diaqnostika sistemləri 4
VI semestr
31 Həyat fəaliyyətinin təhlükəsizliyi 5
32 İstehsalın iqtisadiyyatı və menecment 5
33 Cihazqayırmada mexaniki emal üsulları 6
34 Ölçmə texnikasının əsasları 4
35 Cihazqayırmada mikrokontrollerlər 4
36 Ölçmə texnologiyasında kompüter modelləşdirilməsi 6
VII semestr
37 Avtomatlaşdırılmış layihələndirmə sistemləri 7
38 Cihazqayırmada çevik istehsal sistemləri 7
39 Analoq və rəqəm ölçmə qurğuları 3
40 Ölçmə proseslərinin proqram təminatı 4
41 İnformasiya-ölçmə sistemləri 4
42 İntellektual ölçmə vasitələri 3
43 Texniki xarici dil 2
VIII semestr
44 Təcrübə 21
45 Yekun dövlət attestasiyası 9