“İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin əsası 1961-ci ildə “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin yaranması ilə qoyulub. Bu fakültə energetika, neft-qaz və neft-kimya sahələrinin avtomatlaşdırılması, idarəolunması və onları həyata keçirməyə imkan verən texniki vasitələrin işlənməsi və istismarı problemləri ilə bağlı tarixi zərurət nəticəsində yaranıb.
Fakültənin yaranmasında və inkişafında xüsusi rol oynamış alim və pedaqoqlardan akademiklər İ.Ə.İbrahimov, T.M.Əliyev, AMEA-nın müxbir üzvləri R.Ə.Əliyev, Ə.Ə.Abdullayev, S.Q.Kərimov, professorlar İ.Ə.Nəbiyev, N.H.Fərzanə, R.M.Mirsəlimov, İ.M.Abdullayev, İ.R.Əfəndiyev və başqalarını göstərmək olar.
Fakültədə dekan vəzifələrini müxtəlif dövrlərdə ardıcıl olaraq dosentlər İ.Ə.Nəbiyev (1961-1963), H.H.Səmədov (1963-1979), R.Ə.Zeynalov (1979-1993), T.A.Əliyev (2003-2011), R.N.Allahverdiyev (2011-2015), professor İ.M.Abdullayev (1993-2003), S.İ.Yusifov (2015-2021), icra edib.
2021-ci ildən fakültənin dekanı dosent Fərid Hacı oğlu Ağayevdir.
Yeni yaradılan “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin nəzdində fəaliyyət göstərən “Nəzarət-ölçmə cihazları” kafedrası “İstehsal proseslərinin avtomatlaşdırılması” və “Avtomatika və telemexanika” kafedralarına bölünmüş, daha sonra üç müstəqil “İstehsal proseslərinin avtomatlaşdırılması”, “Avtomatika, telemexanika və elektronika” və “Elektrik ölçmələri və hesablama texnikası” kafedraları yaradılıb. Daha sonra mövcud kafedraların bazasında “Tətbiqi riyaziyyat”, “Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə olunması”, “Avtomatlaşdırılmış idarəetmə sistemləri”, “Kompüter texnologiyaları və proqramlaşdırma” və “Biotibbi cihazlar” kafedraları yaradılıb. Bundan əlavə, fakültənin nəzdində “Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması”, “Avtomatikanın lokal sistemləri”, “İdarəetmənin avtomatlaşdırılması və informatika”, “Elmi cihazqayırma” və “İntellektual idarəetmə sistemləri” elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elmi Şurasının qərarı və rektorun 03.02.2016-cı il tarixli əmrinə əsasən “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsi 04.02.2016-cı il tarixdən “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsi (İTİF) adlandırılmışdır. Elmi Şuranın həmın qərarı və rektorun əmri ilə fakultənin nəzdində ”İdarəetmə və sistemlər mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “Cihazqayırma mühəndisliyi” və “Ümumi və tətbiqi riyaziyyat” kafedraları yaradılıb. Fakültənin nəzdində “Sənayedə və iqtisadiyyatda intellektual idarəetmə və qərar qəbuletmə sistemləri” Elmi Tədqiqat Laboratoriyası fəaliyyət göstərir.
Fakültədə 130 nəfər professor-müəllim heyəti, o cümlədən 8 professor, 2 əməkdar professor, 65 dosent, 11 baş müəllim, 39 assistant, 39 nəfər tədris-köməkçi heyəti və 5 nəfər konstruktor bürosu əməkdaşları çalışır. Hazırda fakültədə fəlsəfə doktoru proqramı üzrə 26 doktorant , 30 dissertant və Elmlər doktoru proqramı üzrə 4 doktorant 7 dissertant elmi işlə məşğul olur.
Fakültənin bakalavr səviyyəsində 3612 tələbə təhsil alır. İTİF-in nəzdindəki ixtisas kafedralarında magistratura səviyyəsində I kursda 181, II kursda isə 140 nəfər magistrant təhsil alır.
Kafedr
2009-cu ildən başlayaraq fakültədə kredit sisteminin tətbiqi ilə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığına başlanıb:
və 2016-cı ildən başlayaraq əlavə olaraq fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı yerinə yetirilir:
Hal hazırda fakültədə mütəxəssis hazırlığı aparılan 11 ixtisasdan (050629 – “Mexatronika və robototexnika mühəndisliyi” ixtisası müstəsna olmaqla) 10 ixtisasda mütəxəssis hazırlığı azərbaycan, rus və ingilis dillərində aparılır.
.